İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso "DÇ-2014"də məğlub olduqları Çili ilə oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan X.Alonso komandasının psixoloji cəhətdən mundiala hazır olmadığını bildirib:
"Nəticə bizə yalnız məyusluq gətirdi. Fiziki hazırlıq baxımından komanda normal vəziyyətdə idi. Ancaq psixoloji cəhətdən komanda mundiala hazır deyildi. Yüksək səviyyəli oyun nümayiş etdirə bilmədik və haqlı olaraq turnirlə erkən vidalaşdıq".
Qeyd edək ki, "DÇ-2014"dəki ikinci matçında Çiliyə 0:2 hesabı ilə məğlub olan İspaniya qrupdan çıxmaq şansını tamamilə itirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !