Xabi Alonso "Real"dan 10 milyon avro tələb edir

13:27 | 10.12.2013
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.Qol.Az-ın məlumatına görə, müqaviləsi gələn ay başa çatacaq ispaniyalı futbolçu yeni sözləşmənin əleyhinə deyil.Belə ki, təcrübəli futbolçu ona gələn bütün təklifləri geri çevirib. Bununla da, Alonso komandada qalmaq istədiyini nümayiş etdirib. Lakin 32 yaşlı futbolçu bunun müqabilində "Real"dan ilinə 10 milyon avro tələb edib. Madrid təmsilçisinin Alonsonun bu təklifi ilə razılaşıb-razılaşmayacağı böyük maraq doğurur.Qeyd edək ki, Alonso bu mövsüm komandasının heyətində 7 oyunda forma geyinib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM