Xaçmazda ağır qəza - ÖLƏN VAR

14:45 | 30.06.2020
Xaçmazda ağır yol qəzası baş verib.

Anews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 29-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi "QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi "VAZ-21115” markalı avtomobillər toqquşub. Nəticədə "VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM