Xaçmazda itləri zəhərləyib öldürdülər

13:04 | 20.11.2019
Xaçmazda itləri zəhərləyib öldürdülər

Xaçmazda itləri zəhərləyib öldürdülər

Xaçmaz rayonunda yerləşən "We want to live too” (Biz də yaşamaq istəyirik) adlı sığıncaqda itlər kütləvi şəkildə tələf olub.
Bunu Oxu.Az-a açıqlamasında sözügedən sığınacağın sahibi Nailə Rüstəmli deyib.

Onun sözlərinə görə, sığınacaqda 15 it zəhərlənib:
"Onlardan 11-i ölüb, dördü müalicə olunur. İtlərdən götürülən nümunələr zamanı məlum olub ki, onlar zəhərlənib”.
Sığınacaq rəhbəri deyir ki, hadisə barədə Daxili İşlər Nazirliyinin "102” xidməti-zəng mərkəzinə məlumat verib:
"Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldılar”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Nizam Həmidov saytımıza bildirib ki, dünən günün ikinci yarsında müraciətlə bağlı şikayətçinin izahatı alınıb:

"İtlərin ölümü faktı üzərində araşdırma aparılır. Aparılan araşdırmanın sonunda itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar edilərsə, həmin şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb