Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

17:21 | 26.03.2023
Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Xaçmazda toy karvanı qəzaya düşüb, xəsarət alanlar var

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmazın Qusarçay kəndindən keçən hissəsində "VAZ-21012" markalı minik avtomobili ilə "SKODA" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1985-ci il təvəllüdlü Daşdəmirov Nazxanım Soltanəli qızı, 2011-ci il təvəllüdlü Daşdəmirova Lamiyyə Mansur qızı, 1981-ci il təvəllüdlü Qasımova Naidə Əliskəndər qızı və 1991-ci il təvəllüdlü Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb