Xalidə Xalidə görə ağır cəza almış azərbaycanlı yazıçı həbs edildi

18:28 | 25.02.2014
Xalidə Xalidə görə ağır cəza almış azərbaycanlı yazıçı həbs edildi

Xalidə Xalidə görə ağır cəza almış azərbaycanlı yazıçı həbs edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilərək ağır cəza almış tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə tutulub.APA-nın “Oyannews”a istinadən məlumatına görə, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Meşkinşəhr (Xiyov) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı fevralın 23-də öz mənzilində həbs ediblər. İ. Müəzzinzadənin məhkəmənin barəsində çıxardığı həbs cəzasını çəkməsi üçün həbs edildiyi ehtimal olunur. Lakin azərbaycanlı fəalın harada saxlanıldığı və həbsinin konkret səbəbi məlum deyil. Qeyd edək ki, İ. Müəzzinzadə ötən il mayın 8-də Xiyov şəhərində həbs edilib. ETTELAAT əməkdaşları onun yaşadığı ata evinə hücum edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E. Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E. Müəzzinzadə azadlığa buraxılıb. İ. Müəzzinzadə 47 gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb. Azərbaycanlı fəal ümumilikdə 84 günlük həbs həyatından sonra 150 milyon tümən zəmanətlə Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində mühakimə olunan İ. Müəzzinzadə və bu iş üzrə tutulmuş digər azərbaycanlı fəallara 2013-cü il iyulun 15-də hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31 ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum edilib. Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan türkcəsində kitab yaydıqlarına və ETTELAAT-ın təqdimatına görə bu şəkildə cəzalandırıb. Xatırladaq ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan və Fərhadi soyadlı şəxs ötən il aprelin 30-da gecə saatlarında ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı fəalın ata evində M. Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə toplaşıblar. ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib, onların özlərini isə  naməlum istiqamətə aparıblar. Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ. Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir. Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da həbsdən buraxılaraq vətənə dönüblər. M. Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100 milyon tümən girov qarşılığında Təbriz şəhərinin mərkəzi həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb. Azərbaycanlı fəal ETTELAAT-ın Təbrizdəki təcridxanasının təkadamlıq kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüşdü. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb