"Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak edən işçilərinin ezamiyyə pulunu vermir - YENİLƏNDİ

13:04 | 01.03.2021

"Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak edən işçilərinin ezamiyyə pulunu vermir - YENİLƏNDİ

Səfərbərliyə cəlb edilmiş şəxs ezam edilmiş sayılmır.
 
Bunu anews.az-a açıqlamasında "Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi deyib.
 
"Həmin işçilərə aylıq 1500 manat pul verilib. Əlavə olaraq səfərbərliyə cəlb edildikləri üçün ödənişlər olunub. Səfərbərliyə cəlb olunmuş şəxs ezam oluna bilməz. Hmin şəxslərə ilk dövrdə ezamiyyət vərəqəsi verilsə də, həmin sürücülər sonradan səfərbərlik tapşırığına cəlb edilib. Buna görə də onlara ezamiyyə pulu təyin olunmayıb."
 
---------------
"Xaliq Faiqoğlu" şirkəti müharibədə iştirak etmiş əməkdaşlarının ezamiyyə pulunu verməmək üçün müxtəlif bəhanələr gətirir, bunu anews.az-a açıqlamasında müharibədə iştirak etmiş amma adlarının anonim saxlanmasını istəyən şirkət əməkdaşları bildirib.
 

"Müharibə başlayanda könüllü olaraq şirkət tərəfindən ayrılmış avtobusları sürmək üçün razılıq verdik. Bu zaman bizə ezamiyyə vərəqəsi verildi.Lakin ezamiyyə pullarımız şirkət tərəfindən ödənilmir. Bununla bağlı "Xaliq Faiqoğlu" şirkətinin rəhbəri Faiq Seydivov iclas keçirib bizə ezamiyyə pullarının verilməməsindən xəbərsiz olduğunu bildirdi və ən qısa zamanda pullarınız ödənəcək deyə qeyd etdi. İndi isə şirkət pullarımız verməmək üçün müxtəlif bəhanlər gətirir".
 

Anews.az fevralın 9-da bu şikayəti ilk dəfə işıqlandırmaq istədiyi zaman "Xaliq Faiqoğlu" şirkətinin mətbuat xidmətindən Nizam Rzayevlə əlaqə saxlayıb. Məsələylə bağlı saytımızın sualına qarşı tərəf belə cavab olaraq bildirib ki, "bu haqda mümkünsə yazmayın və icazə verin araşdırım" .
 
Ancaq üstündən 20 gün keçsə də  hələlik şirkət tərəfindən cavab ala bilməmişik.


Vəkilə müraciət edən şikayətçilər onu da bildirilib ki, əgər şirkət ezamiyyə vərəqəsi veribsə, ezamiyyə pulunu da verməyə məcburdur.

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb