"Xalq artisti" adı alan Röya və Tünzalə dövlətdən hər ay bu qədər pul alacaqlar - MƏBLƏĞ

13:07 | 24.10.2019

"Xalq artisti" adı alan Röya və Tünzalə dövlətdən hər ay bu qədər pul alacaqlar - MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Nəcəfova Röyalə (Röya), Mirbabayev Mir Yusif və Ağayeva Tünzaləyə "Xalq artisti" fəxri adı verib.
Yeniavaz.com xəbər verir ki, "Xalq artisti" fəxri adı alan bu müğənnilər eyni zamanda hər ay 150 manat məbləğində Prezident təqaüdü alacaqlar.

Məlumat üçün bildirək ki, açıqlanan son rəsmi məlumatda Azərbaycanda 248 nəfərin "Xalq" fəxri adına, 2 min 924 nəfərin isə "Əməkdar" fəxri adına görə təqaüd aldığı göstərilir. "Xalq" fəxri adına görə verilən təqaüdün orta məbləği 150 manat, "Əməkdar" fəxri adına görə verilən təqaüdün orta məbləği isə 100 manat olub və Prezidentin təqaüdləri arasında ən aşağı göstərici hesab edilir.

Məlumat üçün onu da bildirək ki, son 2 ildə  "Xalq" fəxri adına görə verilən təqaüdün orta məbləği 50% və ya 50 manat, "Əməkdar" fəxri adına görə verilən təqaüdün orta məbləği 67% və ya 40 manat artıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM