Xalq artisti: “Afaq Bəşirqızı yürütdüyü fikirlər pis anlamda deyilə bilməz...”

11:00 | 25.04.2020
Xalq artisti: “Afaq Bəşirqızı yürütdüyü fikirlər pis anlamda deyilə bilməz...”

Xalq artisti: “Afaq Bəşirqızı yürütdüyü fikirlər pis anlamda deyilə bilməz...”


"Afaq xanım əvəzedilməz sənətkarımızın yadigarıdır. Onun kimi sənətkarlar 50 ildən bir gəlir. Buna görə onu qoruyaq”.
 
Sosial şəbəkədə bu sözləri xalq artisti Naibə Allahverdiyeva həmkarı Afaq Bəşirqızı haqqında bildirb. Həmkarının müdafiəsinə qalxan aktrisa "Afaq xanım xalqını sevən xanımdır, o , heç zaman xalqına kəm baxmaz” deyib.
 
Naibə Allahverdiyeva xalq artstinin bir müddət bundan əvvəl "Azadlıq” radiosuna müsahibə verərkən səsləndirdiyi qalmaqallı fikirlərinə də münasibət bildirib:
 
"Onun yürütdüyü fikirlər pis anlamda deyilə bilməz, çünki Afaq xanım ömrünün çox hissəsini qastrollarda (kənd-rayonlarda) keçirib və oradakı bütün insanların hamısı onu böyük məhəbbətlə qarşılayıb”.
 
Qeyd edək ki, bundan əvvəl bir neçə tanınmış, o cümlədən xalq artistləri Mənsum İbrahimov, Eyyub Yaqubov, Ənvər Sadıxov, Ramiz Fətəliyev, Zülfüyyə Xanbabayeva, Tünzalə Ağayeva, əməkdar artistlər Tahir İmanov, Dilarə Əliyeva, Elçin Həşimov, Elnur Əhmədov, televiziya prodüseri Oqtay Əliyev xalq artisti Afaq Bəşirqızına dəstək üçün müraciət ünvanlamışdılar.
 
Həmçinin xalq artisti Brilliant Dadaşova, əməkdar artisti Vasif Məhərrəmli, müğənni Rüfət Axundov və digərləri sosial şəbəkələrdə Afaq Bəşirqızının müdafiəsinə qalxmışdılar.


(Musavat)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM