Xalq artisti dünyasını dəyişdi

15:07 | 29.01.2016
Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

 Xalq artisti Musa Mirzəyev vəfat edib.

APA-nın məlumatına görə, M. Mirzəyev bu gün evində dünyasını dəyişib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, M. Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
 
82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu. 
 
Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün "Polifonik simfoniya”, skripka və piano üçün "Romantik poema”, piano üçün "Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.
 
Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, "Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM