Xalq artisti Ramiz Məlik Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq. “Qafqazinfo”nun məlumatına görə, uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti fevralın 6-da əməliyyat olunacaq. Səhər saat on radələrində planlaşdırılan laparoskopik böyrək kistasının eksiziyası üzrə əməliyyat 2 saata yaxın davam edəcək.“Xəstənin yaşını və laparoskopik əməliyyatlar nisbətən yeni müalicə üsulu olduğunu nəzərə alsaq, bu əməliyyat ölkəmizdə laparoskopik uroloji əməliyyatlar sahəsində ilkə imza atan uzman həkim uroloq Rəşad Məmmədov Fərhad oğlunun rəhbərliyi altında keçiriləcək. Xəstəxanaya 2 həftə öncə müraciət edən xalq artisti sağ tərəfində olan kəskin ağrılardan şikayət edirdi, həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, sağ böyrəyin səthində kistanın olduğu üçün əməliyyat olunmasını tövsiyə etdilər”-, deyə xəstəxananın İctimaiyyətlə əlaqələr (PR) üzrə meneceri Aytən Vəlixanova bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !