Anews.az bildirir ki, yenicag.az-a açıqlama verən aktyor təəssüratlatını bölüşüb.
"Kefim kök, damağım çağ. Dünən həkimə getdim, müayinə olundum. Dedi, yaxşısan, get, ölənə qədər yaşayacaqsan. Doğum günümə gəlincə, ömrümdə bir dəfə də olsun özümə təmtəraqlı doğum günü keçirməmişəm. Buna heç vaxtım da olmayıb. Bəlkə gələn il 70 yaşımı qeyd etdim, o da qismət olsa"
"Rəqəmlərin mənim üçün fərqi yoxdur", - deyən xalq artisti sağlamlığın daha önəmli olduğunu qeyd edib:
"Allahdan sağlam ömür istəyirəm. Buna görə şükür etmək lazımdır. Fərqi yoxdur, yaş neçə olursa-olsun. Qocalığı heç yaxına buraxmıram. Mənə salam vermək istəyəndə üzümü çevirərəm ki, mən Arif deyiləm".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !