Xalq artisti prezidentə müraciət etdi: "Sizə qurban olum, bu xalqı "həkim"lərin əlindən xilas edin"

13:24 | 27.06.2019
Xalq artisti prezidentə müraciət etdi:

Xalq artisti prezidentə müraciət etdi: "Sizə qurban olum, bu xalqı "həkim"lərin əlindən xilas edin"

Xalq artisti Brilliant Dadaşova Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Anews.az xəbər verir ki, B.Dadaşova şəxsi instagram hesabında video paylaşaraq həkimlərdən şikayətlənib: "Əziz prezidentimiz, sizə qurban olum. Bu xalqı çoxsaylı pinəçi "həkim"lərin əlindən xilas edin. Qohumlarımın əksəriyyəti yaxşı, savadlı həkim olduqları üçün xəbərdaram ki, bir neçə il bundan əvvəl həkimlər arasında test imtahanı keçirilmişdi. Rus dilində təhsil aldıqlarına görə, hansı həkim Azərbaycan dilində yaxşı bilmirdisə onu işdən uzaqlaşdırırdılar. Bunun nəticəsi artıq göz qabağındadır. Həkim Azərbaycan dili ədəbiyyatını yox, təbabəti bilməlidir".
 

Qeyd edək ki, xalq artisti paylaşımında Prezidentin sosial şəbəkə hesabını da işarəyib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti