Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib

15:21 | 06.02.2024
Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib

Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub. Bu barədə APA xəbər verib.
 
Sənətçi ilə əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailəsi, yaxınları və sənət dostları iştirak edib.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

 
 
10:07
Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

O, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1971 ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeysteridir. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.
 
Axundova, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM