Xalq artisti Fatma Mahmudova mərhum həyat yoldaşı, tanınmış aktyor Tofiq Qarayev barədə danışıb.
"Ölkə.Az"-ın məlumatına görə, "Hər şey daxil" verilişində qonaq olan Mahmudova Ağdam teatrında çalışdıqları dövrdə T.Qarayevin onu qısqandığını etiraf edib:
"Tofiq məni o qədər qısqanırdı ki, nəinki kişilərə, hətta qadınlara da başımı qaldırıb baxa bilmirdim. Elə mən də onu çox qısqanırdım. O illər yadıma düşəndə təəssüflənirəm. Çünki Tofiq düşdüyü çevrənin qurbanı oldu".
Xalq artisti bildirib ki, həyat yoldaşı səhnədə olanda teatra iki təcili tibbi yardım maşını gəlirmiş:
"Tofiq o qədər təsirli oynayırdı ki, həmin tamaşada mütləq hansısa qızın, qadının ürəyi gedirdi. O belə istedad sahibi idi".
F.Mahmudova efirdə kobud səhvə yol verib. Məlum olub ki, 64 yaşlı aktrisa hələ də təxəllüslə ləqəbin fərqini bilmir:
"Qızım Nigar atasının adını özünə ləqəb götürüb. İstərdim ki, atasının qazana bilmədiyi uğurları Nigar Tofiqqızı qazansın".
Qeyd edək ki, uzun illər Ağdam teatrında çalışmış T.Qarayev həyatının son illərini ağır xəstəliklə mübarizə aparıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !