Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

13:26 | 01.04.2020
Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

Xalq artistinin qardaşı faciəli şəkildə həlak oldu

Azərbaycan Xalq artisti Canəli Əkbərova ağır itki üz verib.

Yenisabah.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu faciəli şəkildə həlak olub.

Belə ki, Fərail Əkbərov martın 30-da Rusiyanın Sankt-Peterburq şəhərində avtomobil qəzasında həyatını itirib.

Mərhumun nəşini karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirə bilmirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM