Xalq rəssamı Tofiq Ağababayevin bədii sərgisi keçiriləcək

20:00 | 20.02.2014
Xalq rəssamı Tofiq Ağababayevin bədii sərgisi keçiriləcək

Xalq rəssamı Tofiq Ağababayevin bədii sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayevin 85 illik yubileyinə həsr olunmuş fərdi sərgi keçiriləcək.Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində açılacaq sərgidə rəssamın rəngkarlıq, qrafika və keramika sahəsindəki fəaliyyətini əks etdirən əsərlər nümayiş olunacaq.Tofiq Məmmədəli oğlu Ağababayev 1928-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini 1946-1951-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində alıb, daha sonra isə Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-sənaye Rəssamlıq Məktəbinin (indiki Baron Stiqlits adına Rəssamlıq Akademiyası) keramika-şüşə fakültəsində təhsilini davam etdirib.Yaradıcılığının ilk illərindən özünün fərdi üslubu ilə fərqlənən rəssam, dəzgah rəngkarlığı və qrafika növlərində bir çox əsərlərlə bərabər, monumental rəngkarlıq və dekorativ tətbiqi sənət növlərində də əsərlər müəllifi kimi özünü tanıda bilib. Mənzərə, natürmort, portret janrlarında işlədiyi "Köhnə Bakı mədənləri", "Sufi Həmid", "Qırmızı şlyapa", "Abşeron kəndi", "Azərbaycan lirikası" adlı keramik triptix, "Füzulinin portreti", "Şeyx Şamil", "İzzət Orucova", "İlyas Əfəndiyev"in portretləri, "Narla natürmort" və s. əsərləri Tofiq Ağababayevin geniş yaradıcılıq imkanlarına malik istedadlı sənətkar olduğuna əyani sübutdur.O, müxtəlif yerli və xarici ölkə sərgilərinin iştirakçısıdır. Əsərləri Azərbaycan, Rusiya və ABŞ muzeylərində, Kanada, Türkiyə, Fransa, Rusiya və digər ölkələrin nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.Sərgi fevralın 28-dək davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM