Xalq rəssamı Fazil Nəcəfov vəfat edib

12:34 | 12.07.2023
Xalq rəssamı Fazil Nəcəfov vəfat edib

Xalq rəssamı Fazil Nəcəfov vəfat edib

Azərbaycanın Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

O, iyulun 11-də dünyasını dəyişib.

Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub.

1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.

Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.

2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.

Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM