• $
  • €
  • ₽
  • ₺
  • £

Xam neft və neft məhsullarının ixracı 25% azalıb

Xam neft və neft məhsullarının ixracı 25% azalıb
16.05.2024 12:25
2024-cü ilin yanvar-aprelində Azərbaycan 6 milyon 928 min 455,79 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azdır. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 
 
Bildirilib ki, 4 ayda ixrac edilən xam neftin dəyəri  4 milyard 364 milyon 589,72 min ABŞ dolları olub ki, bu da 2023-cü ilin 4 ayı ilə müqayisədə 23,6% azdır.
 
Hesabat dövründə ümumi ixracda bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payı 53,43 % təşkil edib.

SSRİ dövründən mövcud olan Bakı-Novorossiysk boru kəməri Boru kəməri Qroznı-Bakı istiqamətində xam neftin Bakıya emal üçün gətirilməsi məqsədilə istifadə olunub. Bu kəmər neftin Azərbaycandan Rusiyanın Qara dənizdəki Novorossiysk limanına nəqli üçün istifadəyə başlanıb
 
Boru kəmərin ötürmə qabiliyyəti gündə 100 min bareldir (13,5 min ton/gün). Kəmərinin ümumi uzunluğu 1330 km təşkil edir, onun 231 km hissəsi Azərbaycanın ərazisinə düşür.

BTC boru kəmərinin tam gücü ilə işə salınmasından sonra Bakı-Novorossiysk boru kəməri vasitəsilə hazırda SOCAR-ın xarici tərəfdaşlarla birgə fəaliyyət göstərən müəssisələrinin quruda hasil etdikləri və SOCAR-ın özünün hasil etdiyi neft həcmləri ixrac olunur. Boru kəmərinin Rusiyadakı hissəsinin operatoru ASC "AK "Transneft” şirkəti, Azərbaycandakı hissəsinin operatoru isə SOCAR-dır.  
 
Bakı-Novorossiysk neft kəmərinin 3 nasos stansiyası (Səngəçal, Sumqayıt və Siyəzən) var. Kəmərin ölçmə stansiyası Şirvanovkada yerləşir.
 
Bakı-Supsa boru kəməri (Qərb İxrac Boru Kəməri) Azərbaycanda hasil edilən neftin Gürcüstandan keçməklə dünya bazarlarına nəqlini həyata keçirir. Xam neft Gürcüstanın Supsa terminalında tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına göndərilir. 

Bu boru kəmərinin ümumi uzunluğu 833 km təşkil edir, onun 456 km hissəsi Azərbaycanın ərazisinə düşür. Kəmərin ötürmə qabiliyyəti gündə 150 min bareldir (20 min ton/gün).
 
Ümumi uzunluğu 1768 km olanBakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) üç ölkənin ( Azərbaycan (443 km), Gürcüstan (249 km) və Türkiyə (1076 km)) ərazisindən keçir. 
BTC boru kəməri başlıca olaraq AÇG yataqlarından hasil edilən neftin Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanınadək nəql olunması üçün nəzərdə tutulub, lakin digər ölkələrdən neftin  nəqli üçün də istifadə imkanları var. 
 
Dəmir yolu vasitəsilə daşınmalar (Bakı-Kulevi/Batumi) ilə SOCAR tərəfindən xam neftin Gürcüstanın Qara dəniz sahilindəki Batumi limanına daşınmasına başlanılıb. Bu marşrutdan son illərdə Qazaxıstanın Tengiz və digər yataqlarından çıxarılan neftin, Türkmənistan mənşəli neft məhsullarının tranzit daşımaları ilə yanaşı BTC boru kəmərinin təsisçiləri sıralarına daxil olmayan şirkətlərə məxsus AÇG yataq¬larından hasil olunan neftin və "Şahdəniz” yatağından alınan qaz kondensatının nəql edilməsi üçün fəal istifadə edilir. 

2008-ci ildə istismara verilən Bakı-Kulevi marşrutundan Azərbaycan və Türkmənistan mənşəli neft məhsullarının, həmçinin Qazaxıstanın Tengiz yatağından çıxarılan neftin Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanına nəql olunması üçün istifadə edilir.


Aygün 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
İqtisadiyyat 10:05
“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 17:47
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
İqtisadiyyat 16:40
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
İqtisadiyyat 15:32
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
İqtisadiyyat 15:15
Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
İqtisadiyyat 12:52
Pensiya kapitalı artırıldıqca minimum pensiyaya çıxış məhdudlaşır - deputat
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
İqtisadiyyat 12:48
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
İqtisadiyyat 12:12
Yaşayış minimumu 2030-cü ilə qədər 359 manata çatdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol