Xaçmazlıların da Unibankı var

11:39 | 20.08.2014
Xaçmazlıların da Unibankı var

Xaçmazlıların da Unibankı var

Unibank daha bir  filialını Xaçmazda açdı.  Xaçmaz şəhərinin  mərkəzində, mərkəzi poçtun yaxınlığında, Nəriman Nərimanov küçəsi, 19A   ünvanında yerləşən yeni filial, Xaçmaz  və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək.  Filial pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün  kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları  və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur. 

 

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə baş ofis də daxil olmaqla, Unibankın filial şəbəkəsi 37-yə çatıb. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikində fəaliyyət göstərir. Filiallar nahar fasiləsiz işləyir.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank-hər kəsin bankı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM