Xamenei Qərb gənclərinə müraciət etdi

15:42 | 22.01.2015
Xamenei Qərb gənclərinə müraciət etdi

Xamenei Qərb gənclərinə müraciət etdi

İranın Ali lideri Avropa və ABŞ gənclərinə açıq məktub yazıb

İranın Ali lideri Ayatolla Əli Xamenei Avropa və ABŞ gənclərinə açıq məktub yazıb. O məktubunda bildirir ki, Qərb İslama və müsəlmanlara qarşı nifrət hissi yaymağa çalışır.

ANS PRESS-in BBC-nin Rusiya bürosuna istinadla verdiyi məlumata görə, Ayatolla Əli Xamenei gəncləri "yalan məlumat vermək üzrə kampaniyalar"ın qurbanı olmamağa, İslam haqqında ilk mənbədən, ilk növbədə "Qurani Kərim"dən bilik almağa çağırıb.

Onun Qərb gənclərinə müraciət etməsinə səbəb Fransada baş verən son hadisələr olub. İngilis dilində yazılmış müraciət İran mənəvi liderinin rəsmi saytında dərc edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM