Mina dağında ziyarət zamanı baş verən faciə Səudiyyə Ərəbistanı hökumətinin səhlənkarlığı üzündən baş verib.
"Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu ittihamı İranın ali dini rəhbəri ayətullah Əli Xamenei səsləndirib.
"Səudiyyə Ərəbistanı hökuməti faciəyə görə məsuliyyət daşımalıdır. Faciənin arxasında səhlənkarlıq dayanır", - Xamenei bildirib.
Qeyd edək ki, İranda üç günlük yas elan edilib.
Xatırladaq ki, Mina dağında bu gün baş verən izdihamda 717 nəfər ölüb, 800-dən çox adam yaralanıb. Ölənlərdən azı 95-i, yaralananların isə 150 nəfəri İran vətəndaşıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !