Xamenei Təbrizə yeni imam təyin edib

15:10 | 10.07.2024
Xamenei Təbrizə yeni imam təyin edib

Xamenei Təbrizə yeni imam təyin edib

İranın ali lideri Əli Xamenei Şeyx Əhməd Mötəhəri Əsli Şərqi Azərbaycan vilayəti üzrə nümayəndə və Təbrizin imam cüməsi təyin edib. Bu barədə məlumatı "Tasnim” agentliyi yayıb. 

Xamenei bununla bağlı qərar imzalayıb.

Bundan əvvəl Təbrizin imamı Məhəmməd Əli Haşemi olub. O, mayın 19-da İranda ölkənin sabiq Prezidenti İbrahim Rəisi və digər yüksəkvəzifəli məmurlarla birgə helikopter qəzasında həlak olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM