Xameneyi danışıqları qadağan edir

23:16 | 08.10.2015
Xameneyi danışıqları qadağan edir

Xameneyi danışıqları qadağan edir

İranın ali dini rəhbəri Ayatollah Ali Khamenei İranla Birləşmiş Ştatlar arasında hər hansı əlavə danışıqları qadağan edib. Bu, iki ölkə arasındakı onillərdir davam edən soyuqluğu bitirməyə ümid bəsləyən vasitəçilərə zərbə hesab olunur.

Khamenei ötən ay da demişdi ki, dünya gücləri ilə nüvə sazişi əldə olunandan sonra Birləşmiş Ştatlarla heç bir danışıq ola bilməz. Ancaq birbaşa qadağa qoymamışdı.

Onun bəyanatları mötədil prezident Hassan Rohani ilə ziddiyyət təşkil edir. Rohani deyib ki, hökuməti Suriyadakı böhranın həlli üçün Birləşmiş Ştatlarla danışıqlara hazırdır. Suriyada bu İran Assad rejimini, ABŞ müxalifəti dəstəkləyir.

"Birləşmiş Ştatlarla danışıqlar onların iqtisadi, mədəni, siyasi və təhlükəsizlik nüfuzuna yol açır. Hətta nüvə danışıqları zamanı belə onlar milli maraqlarımıza ziyan vurmağa çalışırdılar,” Khamenei deyib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM