İranın ali dini rəhbəri: "Amerikanın İrana iqtisadi, siyasi, yaxud mədəni təsir göstərməsinə imkan verməyəcəyik
"Onlar hesab edirdi ki, bu razılaşma ilə ölkəmiz təsir altına düşmək üçün qapılarını açacaq. Biz qapıları bağladıq, ola bilsin gələcəkdə də açmadıq".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu avqustun 17-də İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyi bildirib.
Ali dini rəhbər deyib ki, ABŞ-ın İrana iqtisadi, siyasi, yaxud mədəni təsir göstərməsinə imkan verməyəcəklər. S.Ə.Xamneyi hesab edir ki, imzalanmış sənədi İran və ya ABŞ təsdiqləməyə də bilər. O, belə bir ehtimalın olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il iyulun 14-də nüvə proqramına dair "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) İran arasında razılaşma əldə olunub. BMT Təhlükəsizlik Şurasının bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi, cari ilin sentyabrında isə ABŞ Konqresində razılaşma sənədinin müzakirə olunacağı gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !