Xamneyi: "İranın nüvə enerjisi ilə bağlı mövqeyi şəffaf olmalıdır"

15:00 | 09.02.2014
Xamneyi: "İranın nüvə enerjisi ilə bağlı mövqeyi şəffaf olmalıdır"

Xamneyi: "İranın nüvə enerjisi ilə bağlı mövqeyi şəffaf olmalıdır"

"İran İslam Respublikasının nüvə enerjisi ilə bağlı mövqeyi şəffaf olmalıdır. Məsələnin həlli yolunda müəyyən taktiki dəyişikliklər etmək olar, amma başlıca prinsiplər dəyişməz olaraq qalmalıdır". İranın ali dini lideri ayətullah Əli Xamneyi prezident Həsən Ruhaninin nüvə proqramı haqda Qərb diplomatiyası ilə birgə yürütdüyü siyasətinə qarşı təzyiqlərə münasibətində bu cür açıqlama verib. 

Paytaxt Tehranda çıxış edən Xamneyi radikal tənqidçiləri Ruhaniyə xarici siyasətdə planlarını həyata keçirmək üçün dəstək olmağa və bu məsələdə ədalətli mövqe tutmağa çağırıb. Xamneyi deyib: “Ölkədə iqtisadi problemləri həll etməyin yeganə yolu işçi sayını artırmaqdır. Allaha şükürlər olsun ki, İranda bu imkan çoxdur və sonsuzdur. Amerikalı rəsmilər bizim diplomatlarımıza burada bir söz, başqa yerdə başqa söz deyir. İnsanlar düşmənin ikiüzlülüyünə və mənfur niyyətinə diqqət yetirməlidirlər. Ruhani cəmi bir neçə ay əvvəl hakimiyyətə gəlib. Rəsmilər ona irəliyə doğru addımlar atması üçün fürsət verməlidir. Tənqidçilər isə daha səbrli olmalıdırlar”. 

Danışıqlar yeni müstəviyə keçəndən sonra Amerika Brləşmiş Ştatların İranın dostu olması haqda yayılan fikirləri ali dini lider çıxışında cəfəngiyyatdan başqa bir şey olmadığını deyib. O, İranı təhdid etmək və hərbi gücünün azaldılması istiqamətində qurulan Amerika siyasəti fonunda bu cür fikirləri gülünc adlandırıb. 

Hazırda Birləşmiş Millətlər Təşkilatının beynəlxalq nüvə enerjisi komandası İranda səfərdədir. Nümayəndələr Cenevrədə 5+1 formatlı görüşlər zamanı əldə olunan razılaşmaya əsasən, İranın nüvə silahı fəaliyyətini gözdən keçirir.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM