Bəs Milli Məclisin xanım deputatları Yeni ili harda və necə keçirməyi planlaşdırır?
Deputat Jalə Əliyevamodern.az-a bildirib ki, yeni ili ailəsi ilə bir yerdə keçirəcək:
"Hələki dəqiq olaraq harda keçirəcəyimizi planlaşdırmamışıq. Ailə fərdləri ilə bir yerə yığışırıq, daha geniş həcmdə toplanırıq. Adətən amerikalılar, avropalılar deyirlər ki, Yeni il günü süfrədə hind quşu olmalıdır. Biz xüsusi təam seçmirik. Adətən çalışırıq ki, rəngarəng, fərqli süfrə olsun.Açılacaq süfrənin hər ilki kimi olmamasına diqqət göstəririk. Mənim nəzərimdə təamlar da əhəmiyyətlidir. Ən birinci növbədə ləzzətli olmağı vacibdir. Həddən artıq bahalı olması o qədər də əhəmiyyətli deyil, əsas odur ki, masanın arxasında toplanan insanların əhval-ruhiyyəsi xoş, bir-birinə uyumlu olsun”.
Deputat Məlahət İbrahimqızı yeni ili Bakıda qarşılayacaq:
"Yeni ili evimizdə qarşılayacağam. Ailə üzvlərim, oğlum, gəlinim, nəvəm, anam, qohumlarımla bir yerdə olacam. Allahın verdiyi hər bir ruzi mənim üçün qiymətlidir. Amma gündəlik nəyi seviriksə, Yeni ildə də onu hazırlayacağıq. Bu günü qeyri-adi bir gün olaraq düşünmürəm. Gündəlik hansı yeməkləri xoşlayırıqsa, həmin gün də o yeməklər olacaq”.
Deputat Flora Qasımova deyir ki, Yeni il ilə bağlı xüsusi planı yoxdur:
"Yeni ili necə keçirmək mənim üçün böyük məsələ deyil. Ailəmlə bir yerdə olacağam”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !