Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillərin növbəti dəfə hərəkətinə şərait yaradılıb

09:44 | 21.01.2023
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillərin növbəti dəfə hərəkətinə şərait yaradılıb

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus avtomobillərin növbəti dəfə hərəkətinə şərait yaradılıb

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobilin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

5 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib.

Humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 41 gündür davam edir.
 
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. (report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM