• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Xankəndidə yeni seçki məntəqəsi yaradılıb

Xankəndidə yeni seçki məntəqəsi yaradılıb
12.08.2024 19:18
122 saylı Xankəndi seçki dairəsinin 15 saylı seçki məntəqəsi yeni yaradılıb. Seçki Məntəqəsi Kərkicahan qəsəbəsində yerləşir.Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 122 saylı Xankəndi Seçki Dairəsinin 15 saylı Məntəqə Seçki Komissiyasının sədri Qəzənfər Əliyev deyib.

O bildirib ki, seçki məntəqəsi bütün lazımi avadanlıqlarla təchiz olunub. Seçicilərin rahat səs verməsi üçün bütün şərait yaradılıb. Dairə Seçki Komissiyası ilə mütəmadi əlaqə saxlanılır.

"Seçki Məntəqəmiz Xankəndi şəhərinin bir hissəsini və Kərkicahan qəsəbəsini əhatə edir. Məntəqə Seçki Komissiyası üzvlərinin treninqlərdə iştirakı təmin olunur. Seçici siyahısı ilə bağlı son dəqiqləşmələr aparılır. Təbii ki, bizim məntəqə yeni yaradıldığı üçün və işğaldan azad edilmiş ərazidə yerləşdiyi üçün məsuliyyətimiz ikiqatdır. Eyni zamanda qürurvericidir ki, 30 ildən artıq müddətdən sonra azad edilmiş Xankəndidə Azərbaycanın Milli Məclisinə seçkilər baş tutur", - deyə Qəzənfər Əliyev əlavə edib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Baş nazirdən Qərar
Siyasət 13:57
Baş nazirdən Qərar
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Siyasət 11:40
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Siyasət 21:37
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Siyasət 21:03
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Siyasət 20:55
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Siyasət 19:43
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Siyasət 16:52
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol