Xankəndində dünyaya gələn ilk körpə ilə bağlı paylaşım

18:45 | 23.04.2024
Xankəndində dünyaya gələn ilk körpə ilə bağlı paylaşım

Xankəndində dünyaya gələn ilk körpə ilə bağlı paylaşım

Antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə ilk körpə dünyaya gəlib.Bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb.

"Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sukanal İdarəsinin əməkdaşı Abdullayev Abbas Məmməd oğlu ilə həmin qurumda mühəndis kimi çalışan həyat yoldaşı Namazlı Səadət Faddin qızının övladı dünyaya gəlib.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Xankəndi şəhərində 33 ildən sonra ilk azərbaycanlı körpənin dünyaya göz açması qürurverici hadisə olmaqla yanaşı, bu torpaqlarda həyatın yenidən canlanmasının daha bir müjdəsidir.
Gənc ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ailəyə Xankəndi şəhərində mənzil ayrılıb”, - məlumatda qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb