Xankəndiyə daha 54 ton yanacaq göndərildi

19:16 | 26.09.2023
Xankəndiyə daha 54 ton yanacaq göndərildi

Xankəndiyə daha 54 ton yanacaq göndərildi

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaydığı məlumatda deyilir.

"Bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb”, - məlumatda bildirilir.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM