Xanım Qafarova dəfn edildi - VİDEO+FOTOLAR

21:31 | 11.07.2014
Xanım Qafarova dəfn edildi - VİDEO+FOTOLAR

Xanım Qafarova dəfn edildi - VİDEO+FOTOLAR

Aktrisa üçün cənazə namazı qılınıb və dəfn edilmək üçün Kürdəxanıya aparılıbBu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova ilə vida mərasimi keçirilib. Mərasim aktrisanın evində təşkil edilib. ANS PRESS-in vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq mərhumənin cənazə namazı qılınıb və o dəfn edilmək üçün alqışlarla son mənzilə yola salınıb.Aktrisa Kürdəxanı qəbristanlığında torpağa tapşırılıb. Mərasimdə aktrisanın yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir.Xatırladaq ki, aktrisa bir necə il süd vəzi xərçəngindən əziyyət çəkib. O bir necə dəfə Türkiyədə müalicə edilib. Sabah isə müalicə üçün İsrailə getməli idi.Allah rəhmət eləsin!

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM