Xanım Qafarova: “Çoxdan ölmüşdüm...” - Müsahibə

13:00 | 30.12.2013
Xanım Qafarova: “Çoxdan ölmüşdüm...” - Müsahibə

Xanım Qafarova: “Çoxdan ölmüşdüm...” - Müsahibə

Əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarovanın AzNews.az-a müsahibəsi:- Məlumat aldıq ki, Bakıya çatar-çatmaz xəstəxanaya getmisiniz. Səhhətiniz pisləşib, yoxsa bu bir müayinədir?

- Ayda bir dəfə sümüklər üçün iynə yazılıb, onu mütləq vurdurmalıyam. O iynəni həkim çoxdan yazıb və bunu da vaxtaşırı vurdurmalıyam. Hələ neçə ay da bundan sonra vurdurmalıyam.

- Türkiyədən gələndən sonra əvvəlkinə nisbətən özünüzdə bir irəliləyiş hiss edirsiniz?

- Allaha şükür, müalicələrim yaxşı effekt verdi. İki həftədən sonra yenə qayıtmalıyam. Sümükləri eyni vaxta birdən şüaya vermək olmaz. Bunu hissə-hissə edirlər. Çox-çox yaxşıyam. Heç kəsin məndən xəbəri yox idi. Əmməli-başlı qıc olmuşdum. Ayaqlarım işləmirdi, gəzə bilmirdim. Evdən bayıra çıxa bilmirdim.Ağrılarım çox idi, yandırıb yaxırdı məni. Sümüklərim sızıldayırdı. Evin içində arabada gəzirdim. Addım ata bilmirdim. İndi ağrılarım dayanıb. Ayaqlarım da sözümə baxır, yeriyirəm. İstədiyim yerə gedirəm.Türkiyədə 10 gün qaldım. 10 gün belimə və sol çiynimə şüa verildi. İkisini də eyni vaxtda etdilər. Əslində isə bu 20 seansdır. Amma onu 10 gündə edirlər, Yəni, gün ərzində iki dəfə.- Bu müalicəyə nə qədər pul xərcləndi?

- 10 gün və 20 dəfə şüa qəbul etmək 10 minə başa gəlir. Xəstəxanaya 10 min manat ödənildi. Hələ bundan savayı otel xərclərimiz də oldu. Çünki mən Türkiyəyə bibimlə getdim. Bu elə bir xəstəlikdir ki, tək qalmaq olmaz. Şüadan sonra əhvalın dəyişir. Gərək yanında adam olsun. Özü də biz xəstəxanada qalmırdıq. Orada şüa qəbul edib otelə gedirdim.- Bəs, otel xərclərinizi kim ödədi?

- Hamısını Heydər Əliyev Fondu. Otel xərci üstəlik 10 gündə yemək xərclərimiz var. Gündə 3 dəfə oteldə yemək verilirdi. Allah Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın canını sağ etsin. Həyatımı Mehriban xanıma borcluyam.

- Türkiyədən qayıdandan sonra Heydər Əliyev Fondu ilə əlaqəniz olub?

- Onlara məlumat verdim ki, gəlmişəm. Köməkçisi məlumatlandırılıb. Bir neçə gün keçsin özümə gəlim, yəqin görüşərik. Millət vəkili Qənirə Paşayeva da bilir ki, gəlmişəm. Gələndən sonra onunla görüşdüm.- Qənirə Paşayeva Sizə gəlmişdi?

- Yox. Telefonla zəngləşdik görüşdük. Türkiyədə olanda Qənirə xanımın zəhməti çox oldu. Bütün danışıqları apardı, oteldə bizi yerləşdirdi. Bunu o bir insan kimi etdi. Amma bütün xərclərimizi Heydər Əliyev Fondu ödədi. Bəlkə də bu onun mənim sənətimə, özümə olan sevgidən irəli gəldi.Qənirə xanım hər bir insana öz qayğısını əsirgəmir. Sözsüz ki, mən Mehriban xanımın diqqəti sayəsində həyata döndüm. Mən doğrudan da həyatımla vidalaşmışdım. Əgər mən o dəhşətli ağrılardan qurtulub rahat gəzirəmsə, bunu ona borcluyam. Təsəvvür edin ki, evdə uşaq da zarıltımdan cana doymuşdu.Bütün günü halıma baxıb ağlayırdı. Deyirdi ki, “ay ana, sənin üzün bir dəfə gülmədi. Nə olar, bircə dəfə də üzün gülsün də. Gəlirəm yanına oynamağa, baxıram ki, ağlayırsan. Səbəbini də soruşanda üstümə qışqırırsan”.Ağrılardan cana doymuşdum. İş başlayandan teatra getməmişəm. Hər bir şeydən təcrid olmuşdum. Deyirdim ki, daha geri qayıtmayacam yəqin. Elə ki, sizin sayənizdə xəbər çatdı və Mehriban xanım Əliyeva göstəriş verdi, elə həmin gün ağrılarım yarıbayarı azaldı. Evin işində addım-addım gəzməyə başladım. Əhval-ruhiyyə çox böyük rol oynayır.İnsana bu böyük ümid verir. Allah onun balasını saxlasın, canını sağ etsin. Mehriban xanımın qarşısında milyon dəfə baş əyirəm. O, məni ölməyə, balamı yetim qalmağa qoymadı. Balam anasız boynubükük qalmadı.- Teatrdan Sizə kimlər gəldi?

- Əliqismət Lalayev başda olmaqla bütün aktyor, texniki heyət hamısı gəlmişdi. Bütün günü zəng edib maraqlanırlar.- İşə çıxmaq, səhnəyə dönmək həvəsiniz var?

- Çox, mənim 25 ildən çox həyatım səhnə ilə bağlıdır. Səhnə üçün burnumun ucu görünür. Mənə elə gəlir ki, yeni ildən sonra səhnəyə qayıda biləcəm. Əməliyyatlar keçirmişəm, hamsı da böyük-böyük. Amma buna baxmayaraq, mən heç bir vaxt depresiyaya düşməmişdim. Bu ağrılar elə gəlirdi ki, mən artıq dözə bilmirdim. Elə hey yaşamaq həvəsi vardı məndə. Bir onu fikirləşdim ki, mən yaşamalıyam.Mənim uğaşım var, onu düşündüm. Bax o, durdu gözümün qarşısında. Özümü ruhdan salmadım, gizlində ağlasam da, ağrıdan yanıb-yaxılıb tökülsəm də, özümü ruhdan salmadım. İçdən deyib gülmüşəm, işə də çıxmışam. Səhnənin kənarında iynə vurub səhnəyə çıxıb rolumu oynamışam. Xəstə olduğumu insanlara hiss etdirməmişəm. Dərmanlar atıb səhnəyə çıxmışam.Buna bütün teatr kollektivi şahiddir. Əgər mən elə qalsaydım, yəni fondum dəstəyi olmasaydı, bu gün sizinlə danışmazdım. Çoxdan ölmüşdüm. (aznews.az)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM