Xanım siyasətçi partiyada məruz qaldığı cinsi istismar haqqında kitab yazdı

19:43 | 13.03.2015
Xanım siyasətçi partiyada məruz qaldığı cinsi istismar haqqında kitab yazdı

Xanım siyasətçi partiyada məruz qaldığı cinsi istismar haqqında kitab yazdı

Almaniyanın Xristian Sosial Birlik Partiyasının Münih təşkilatının keçmiş əməkdaşı Mareike Daum bu qurumda cinsi istismara məruz qaldığını bildirib.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Mareike Daum bu barədə kitab yazıb.  

33 yaşındakı xanım "Yüksək topuqlar başa: Feministlik, amma seksual” adlı kitabında vaxtilə təmsil olunduğu partiya rəhbərliyi haqqında "azğın, yaşlı, əsəbi kişilər yığını” ifadəsi işlədib. O, kitabın ərsəyə gəlməsinə səbəb olan hadisələrdən söz açıb:  

"Partiyadakı kişilər həyatımı cəhənnəmə çevirdilər. Partiyanın Münih mərkəzində qadınların heç bir söz haqqı yox idi. Sadəcə olaraq katibə və ya köməkçi kimi işləyə bilirdik. Heç bir iş verməyən, amma işdən sonra davamlı olaraq paltar almağa birlikdə getməyə təklif edən şefə nə deyilir?  

Mən partiyanın bütün üzvlərindən bəhs edirəm. Onlar mütəmadi olaraq seksdən danışırdılar”. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM