Xaricdə təhsil alanlar işə müsabiqəsiz qəbul olunacaq - VİDEO

09:30 | 06.09.2014
Xaricdə təhsil alanlar işə müsabiqəsiz qəbul olunacaq - VİDEO

Xaricdə təhsil alanlar işə müsabiqəsiz qəbul olunacaq - VİDEO

İlham Əliyev: " Əcnəbi ölkələrdə təhsil aldıqdan sonra orda qalıb Azərbaycanı layiqincə təmsil etmək ölkəmiz üçün vacibdir"

18 ildir ki, azərbaycanlı gənclər xarici dövlətlərin nüfuzlu universitetlərində təhsil alırlar.

ANS TV-nin məlumatına görə, həmin gənclərin əksəriyyəti məzun olduqdan sonra vətənə dönməyib, orda qalaraq işləməyə üstünlük verirlər. Tələbələrin dövlət tərəfindən oxumağa göndərilən zaman öhdəliklərindən biri də o idi ki, onlar geri qayıtmalı, əldə etdikləri bilik və bacarığı ölkənin inkişafı üçün istifadə etməlidirlər. Lakin bir neçə il öncə xaricdə təhsil alan tələbələrlə görüşdə İlham Əliyev bu məsələyə aydınlıq gətirərək demişdi ki, təhsil ardınca gedən tələbələrin əcnəbi ölkələrdə qalıb Azərbaycanı layiqincə təmsil etmələri də ölkəmiz üçün vacibdir. Dövlət başçısı hər bir halda həmin gənclərin arxasında güclü Azərbaycan dövlətinin olacağına diqqət çəkmişdi.Son illər isə ölkədə gedən sürətli inkişaf yüksək təhsilli kadrlara da ehtiyacı artırır. Məsələn, 18 il ərzində xaricdə təhsil üzrə “Dövlət Proqramı” çərçivəsində 2902 nəfər təhsil almaq hüququ qazanıb ki, onlardan 714 nəfəri məzundur. Təhsil nazirinin bu günkü açıqlaması isə göstərdi ki, sən demə, məzunlarımızın çox hissəsi ölkəyə qayıtmayıb.“Biz istəyirik onlar geri dönüb əldə etdikləri bilikləri burda başqalarına öyrətsinlər, amma bizim və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu ( ASAİF) işi bununla bitməməlidir. Biz digər öz hesabına xaricdə təhsil alan tələbələri də bu işə cəlb etməliyik”, – deyə təhsil naziri Mikayıl Cabbarov qeyd edib.Xaricdə təhsil alan tələbələrin geri dönməmələrinə səbəb, həm də ölkə ərazisində özlərinə uyğun iş tapa bilməmələrilə əsaslandırırdılar. Bu məsələ də həllini tapıb. Bundan sonra xaricdə “Dövlət Proqramı” əsasında təhsil alan tələbələr dövlət qulluğunda işə müsabiqəsiz qəbul olunacaqlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM