Xaricdə təhsil alanlar üçün fürsət

23:43 | 03.03.2015
Xaricdə təhsil alanlar üçün fürsət

Xaricdə təhsil alanlar üçün fürsət

Xaricdə təhsil alan tələbələrə bir sıra dövlət orqanlarında ödənişsiz təcrübə keçmək imkanı yaradılıb.

ANN.Az Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytına istinadən verdiyi məlumata görə, təcrübə imkanı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan tələbələrə aiddir. Tələbələr "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində göstərilən dövlət orqanları istisna olmaqla, digər dövlət orqanlarında, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ödənişsiz təcrübə keçə biləcəklər. Təcrübə tələbələrin yay tətilləri müddətində olacaq.

Qeyd edək ki, müraciət etmək istəyən tələbələr Komissiyanın Beynəlxalq əlaqələr sektoruna müraciət edərək (465-87-93 (daxili: 109, 110, 139)) dövlət orqanlarında təcrübə keçmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün ətraflı doldurulmuş tərcümeyi halı [email protected] elektron ünvanına göndərilməlidir. Qeydiyyat üçün son müraciət tarixi 30 apreldir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM