ANN.Az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.Nazir qeyd edib ki, gələn il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müddəti başa çatır: "Bu günə qədər proqram çərçivəsində 755 gənc xaricdə təhsil alıb. Onlardan 35 faizi dövlət, 65 faizi isə özəl sektorlarda çalışır".M.Cabbarov bildirib ki, gələcəkdə xaricdən professorların müvafiq proqram vasitəsilə Azərbaycan universitetlərinə cəlb edilməsi də nəzərdə tutulur: "Məqsəd ali təhsil müəssisələrinin akademik bazalarının möhkəmləndirilməsidir".ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !