Xaricdəki Azərbaycan vətəndaşlarına pensiya muştuluğu

16:21 | 26.12.2013
Xaricdəki Azərbaycan vətəndaşlarına pensiya muştuluğu

Xaricdəki Azərbaycan vətəndaşlarına pensiya muştuluğu

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatında mövcud olan problemlər aradan qaldırılıb.Bundan öncə ölkənin müvafiq məsələyə dair qanunvericiliyinə əsasən, pensiya təminatı üçün müraciət edən şəxs öz fərdi sənədlərini və ərizəsini yaşayış ərazisi üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölməsinə təqdim etməli idi. Lakin xaricdə yaşayan Azərbaycan vətəndaşları bu imkandan məhrum olduğundan, onların pensiya təyinatının hansı qaydalar əsasında müəyyənləşdirilməsində problemlər olub.  Bununla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilib. «APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib. Onun sözlərinə görə, yeni dəyişikliklər Azərbaycan vətəndaşlarının pensiya təyinatı və təyinat üçün sənədlərin təqdim olunma mexanizmini müəyyənləşdirir: «Həmin qaydalar əsasında Xarici İşlər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun daxili qaydaları yenidən hazırlanıb. Bu qaydalara uyğun olaraq, xaricdə yaşayan Azərbaycan vətəndaşları öz müraciətləri və müraciətə əlavə olunan pensiya təyinatı üçün əsas hesab edilən sənədləri Konsulluq İdarələrinə təqdim etməlidir. Konsulluq İdarələri Xarici İşlər Nazirliyi vasitəsilə həmin sənədləri DSMF-yə təqdim edəcək. Bununla da, Fond pensiya prosesini reallaşdıracaq». ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM