Xarici ölkələrdən Ermənistandakı fiziki şəxslərə pul köçürmələrinin həcmi 44 faiz azalıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.
Xəbərə görə, 2015-ci avqustunda Ermənistana 87 milyon 220 min dollar qeyri-ticarət pul köçürməsi edilib. Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 44 faiz azdır. 2014-cü ilin həmin ayında isə bu rəqəm 156 milyon 15 min dollar olub.
Məlumatda bildirlib ki, cari ilin ilk 8 ayında ölkəyə 584 milyon 852 min dollar qeyri-ticarət köçürmə edilib. Ötən ilin hesabat dövründə isə bu rəqəm 926 milyon 920 min dollar təşkil edərək, 2014-cü illin ilk 8 ayı iə müqayisədə 342 milyon 68 min dolar, yaxud 30 faizə yaxın azalma müşahidə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !