"Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" - ATU-nun şöbə müdiri

10:39 | 05.08.2020

"Xaricdən gələn həkimlərə veriləcək pulun miqdarı açıqlanmalıdır" - ATU-nun şöbə müdiri

"Regionlara sərbəst gediş-gəlişə icazə verilməməsi çimərliklərdə sıxlıq yaradıb yoluxma halların artıra bilər”.

Anews.az xəbər verir ki, bu sözləri feysbuk hesabında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib. Həkim eyni zamanda ötən gün karantin qaydalarının yumşaldılması ilə bağlı açıqlanan qərarlarda olan bir sıra yanlışlıqlar da qeyd edib:

- Gəncədən İstanbula uçmaq istəyən şəxs 2-3 gün əvvəldən Bakıya gəlməlidir, "xüsusi” müəyyən edilmiş klinikalarda test analizi verməlidir, 2 gün analizin cavabın gözləməlidir, sonra analizin cavabın götürüb aeroportda təqdim etməlidir. Gəncədə bu analizin verilməsini təmin etmək olmazmı?

- Çimərliklərə buraxılışı dövlət hesabına aparılmaqla və 1 həftə ərzində qüvvədə olan test-neqativ arayışlarla etmək yoluxma sayına daha ciddi nəzarət etməyə kömək edə bilər.

- Rayonlara Bakıya gediş-gəlişi də dövlət hesabına aparılan və 3 gün ərzində qüvvədə olan test-neqativ arayışları təqdim etməklə təmin etmək olar.
- Çimərliklərdə işləyən insanların dövlət hesabına test analizlərinin aparılması yoluxma hallarının azalmasına kömək edə bilər.

- Koronaviruslu xəstələrin müalicəsində iştirak edərək yoluxub həyatını itirən tibb işçilərinin ailələrinə onların yaşından, ailə tərkibindən asılı olaraq ən azı 10 000-50 000 AZN kompensasiya verilməsi yaxşı olardı.

- Yoluxmuş tibb işçilərinə verilən artım məvacibin kəsilməsi yalnışdır! Yoluxmuş tibb işçisi həm artım maaş, həm də əlavə bülleten pulu alsa daha yaxşı olar.
- Covid-19 xəstəliyindən dünyasını dəyişmiş şəxslərin ölüm səbəbinin dəqiq müəyyən edilməsi üçün çox ciddi patoloji anatomik müayinələrin aparılması və bu müayinələrin nəticələrinin ciddi təhlili-interpretasiyasının aparılması ölüm hallarının azalmasına kömək edə bilər.

- Xaricdən dəvət edilmiş həkimlərə veriləcək pulun miqdarı ictimaiyyətə açıqlanmalıdır.

- Rayonlara və əksinə Bakıya gediş-gəliş qaydalarına çox boşluqlar var və bu boşluqlar yoluxma sayının artmasına və rüşvətxorluq hallarına səbəb ola bilər.

- Çimərliklərdə bir-birindən ən azı 2 m məsafəli yerləşən ayrı-ayrı birnəfərlik sanitar qovşaqların və duş kabinlərin quraşdırılması yoluxma hallarını azalda bilər.

- Karantin qaydalarının yumşaldılması ictimai nəqliyyatda sıxlığı mütləq artıracaq! Bununla bağlı ciddi tədbirlər görülməlidir, xüsusilə də ictimai nəqliyyat vasitələrinin sayının artırılması ilə bağlı.

- Əksepidemik qaydalara əməl etmək şərti ilə açıq məkanlarda yerləşən kafe-restoranların fəaliyyətinin bərpa edilməsi yaxşı olar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM