Xaricdən gətirilən ətin qiyməti bahalaşıb

13:03 | 19.12.2023
Xaricdən gətirilən ətin qiyməti bahalaşıb

Xaricdən gətirilən ətin qiyməti bahalaşıb

2023-cü ilin on bir ayında ölkəyə 78 milyon 556 min dollar dəyərində 38 min 287 ton ət idxal edilib. Bu da ötən illə müqayisədə məhsul idxalı dəyər ifadəsi ilə 6 milyon 354 min dollar artıb , miqdar ifadəsi ilə təxminən 61 min ton azalıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
2022-ci ilin eyni dövründə Azərbaycana 72 milyon 202 min dollar məbləğində 38  min 348 ton ət gətirilib.

1 ton ətin idxal qiyməti bu il 2 052 dollar, ötən il isə 1 883 dollar təşkil edib. Qiymətlərdə 169 dollar və ya 9% bahalaşma qeydə alınıb.

Hesabat dövründə idxal edilən ətin dəyəri Azərbaycanın ümumi idxalının 0,50%-ni təşkil edib.
 
Ötən ilin müvafiq dövründə ətin idxalı Azərbaycanın ümumi idxalının 0,56%-nə bərabər olub.
 
Dövlət Statistika Komitəsinin məlu­matına görə, 2023-cü il birinci yarısında ölkədə 7 milyon 322,3 min baş qoyun və keçi, 2 milyon 545,3 min baş iri mal olub. 

Hazırda mal əti bölgələrdən asılı olaraq 14-15 manat, quzu əti isə 15-17 manata satılır. 

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM