Xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulu mənimsənilib- İDDİA

22:29 | 19.09.2023
Xaricdə işə düzəltmək  adı ilə vətəndaşların pulu mənimsənilib- İDDİA

Xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulu mənimsənilib- İDDİA

Bakıda  bir qrup vətəndaşlar Kanada da işə düzəltmək adı ilə aldadılaraq, onlara qarşı dələduzluq edilib. Bu barədə həmin şəxslər anews.az-a bildiriblər.
 
Pulunu geri ala bilməyən Mehriban Abdurahmanlı bildirir ki, müqavilə vaxtı keçsə də,  nə işə düzələ bilməyib, nə də vəsait geri ödənilmir.
 
"Bu ilin martın 10-da mən də daxil olmaqla 10 nəfərə yaxın şəxs Caspian Plazanın üçüncü mərtəbəsində ofisi olan Rüfət Piriyev adında bir şəxs tərəfindən aldadılmışıq.  Həmin şəxs 10 ilə yaxındır ki, orda fəaliyyət göstərir. Bizdən başqa bu neçə illər ərzində yüzlərlə insanı aldadıb. Polisə müraciət edilsə də, bu məsələyə baxılmır. Arxasında kim varsa, demək ki, ona güvənir, rahatlıqla çalışa bilir. Əvvəl bizə dedi ki, xaricə getməyin qiyməti 6 min dollardır.  Sonra mən özümlə bir nəfər də aparmışdım deyə, qiyməti aşağı edib guya. Təcili həmin şəxs də 2 min dollar gətirdi. Yarısını da Kanada da verməyi təklif etdi. Bizdən başqa neçə nəfəri aldadıb. Kimdən nə qoparda bilibsə, qopardıb. Müqavilədə 4-6 ay ərzində pulun qaytarılması yazılmamışdı. Ancaq Rüfət adlı şəxs qələm ilə müqaviləyə 4-6 ay qeyd etdi. Biz də razılaşdıq.  Bir müddət keçsə, də xəbər çıxmadı. Biz də şübhələndik və pulumuzu geri istədik. Hətta müqavilədə də qeyd olunmuşdu ki, əgər iş alınmasa  vəsait geri qaytarılacaq. Sonra bizə dedi ki, gələn həftə verəcəm, gələn ay verəcəm. Əslində müqavilə avqustda bitib. Artıq sentyabrdır. Bizdə polisə şikayət edəcəyimizi bildirdik. Yenə bizə yalan vədlər verdi. Digər aldadılan adamlar Bakıda işləyirlər, gedib gələ bilmirlər. Bir neçə dəfə ofisə getsələr də,r içəri buraxılmayıb.  Polislə də əlaqə saxlayırıq, deyirlər ki, iş prokurorluqdadır. Gələn həftə üçün söz veriblər guya pul geri qaytarılacaq. Heç inanmıram gələn həftə üçün pulumuz geri qaytarılsın.  İş araşdırılsa,  həmin adamın necə fırıldaqçı olduğu ortaya çıxacaq",- şikayətçi bildirib.
 
Digər şikayətçi Qurban bəy isə bildirir ki, ondan 4 min dollar istəyiblər.
 
"Fevralın 21-i şirkətlə müqavilə bağlamışıq. Ümumilikdə bizdən 4 min dollar istədi. 2 min dollarını əvvəlcədən verdim. Qalanını da Kanadaya gedəndən sonra verəcəkdim. Bir müddət keçdi. Səs soraq çıxmadı. Biz şübhələnməyə başladıq və 5- ci aydan sonra dedik ki, bizim pulumuzu qaytarın. Bizə bəhanələr gətirməyə başladılar. Hər dəfə gələn həftə qaytaracam deyərək, bir bəhanə ilə yola salaraq, yalandan vədlər verirdi. Aldatmaq üçün nə variantlar varsa, hər birini işə salırdı. Biz də polisə məsələ ilə bağlı ərizə yazdıq.  İndi polis də deyir ki, prokurorluq tərəfindən araşdırılır. Sentyabrın 18-i tarixinə söz verilib ki, pullarımız geri qaytarılacaq",-zərərçəkən əlavə edib.
 
Şirkət sahibi Rüfət bəy bildirir ki, şirkətin maliyyə problemi olduğu üçün gecikib.
 
"Vətəndaşların heç birinin müqavilə üzrə ödənişi müddəti bitməyib. Təkcə Xalid bəyin ödəniş müddəti bitib. O da şirkətin maliyyə problemi var deyə gecikib. Şirkət onların ödənişlərinin geri qaytarılmasından imtina etmir. Sadəcə gecikir. Polis bölməsində də bildirmişik biz. Yaxın bir həftə içərisində ödənişlər geri qaytarılacaq",- şirkət sahibi bildirib.
 
Məsələ ilə bağlı Yasamal rayon polis idarəsinin mayoru Zaur  Məmmədov anews.az-a açıqlamasında bildirib ki,məsələ nəzarətlərindədir araşdırılır.
 
"Müraciətlər yasamal rayon polis idarəsinə daxil olub. Hələki araşdırılma aparılır. Şikayətçilər dəvət olunub. Bir neçəsi ilə görüşmüşük",- polis mayoru bildirib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb