Xarici işlər nazirinin müavini ABŞ Dövlət Katibinin köməkçisinin müavini ilə görüşüb

17:47 | 06.12.2024
Xarici işlər nazirinin müavini  ABŞ Dövlət Katibinin köməkçisinin müavini ilə görüşüb

Xarici işlər nazirinin müavini ABŞ Dövlət Katibinin köməkçisinin müavini ilə görüşüb

Dekabrın 6-da  Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakı qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
 
Tərəflər  Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin perspektivlərini müzakirə ediblər.

Azərbaycanın noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

Nazir müavini Elnur Məmmədov, post-münaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfi məlumatlandırıb.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında, qanunvericilik aktlarında, eləcə də beynəlxalq təşkilatlar və məhkəmələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM