Rusiya parlamentinin yuxarı palatası 12 qeyri-hökumət təşkilatının fəaliyyəti ilə bağlı araşdırmaya başlanmasına çağırıb.
Çağırışda deyilir ki, onların yeni qəbul olunmuş qanuna əsasən ölkədəki mövcudluqlarının "arzuolunmaz hesab edilib-edilmədiyi" müəyyən olunmalıdır. Qanuna əsasən "arzuolunmaz" QHT-lərin Rusiya daxilində fəalliyyəti və Rusiya təşkilatlarının onlardan maliyyə alması qadağan olunur.
Xatırladaq ki, prezident Vladimir Putin prokurorlara Rusiyanın konstitusional sisteminə təhlükə hesab olunan fəaliyyətlərlə məşğul olan xarici və beynəlxalq QHT-ləri "arzuolunmaz" bəyan etməyə icazə verən qanuna may ayında imza atıb.("Amerikanın səsi")
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !