Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA

12:30 | 24.06.2015
Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA

Xarici qonaq: “Hər şey göz qabağındadır” - AÇIQLAMA

"I Avropa Oyunlarının Bakıda keçirilməsi sizlər üçün çox böyük uğurdur” – bunu ANN.Az-a açıqlamasında "Bakı – 2015” Avropa Oyunlarını canlı izləmək üçün Azərbaycana gələn Türkiyə vətəndaşı Tüncel Kaya deyib.

O, Bakıda ən çox yerli əhalinin turistlərlə çox yaxşı münasibət göstərilməsindən danışıb: "Sizin vətəndaşlar turistlərlə çox mehriban davranırlar. Özləri bizə yaxınlaşıb nəsə lazım olduğunu, hara və necə gedəcəyimiz soruşurlar. Bu, həqiqətən də nəinki bizim üçün, digər turistlər üçün də çox xoşdur”.

T.Kaya oyunlar keçirlən arenaların möhtəşəm olduğunu bildirib: "Arenaların belə fantastik gözəlliklərə malik olacağını gözləmirdim. Açılış mərasimi isə çox füsunkar idi. Bakı çox dəyişib. Mən təxminən 2 il əvvəl Bakıya gəldim və bir ilə yaxın burada yaşadım.  Paytaxt Bakı çox inkişafdadı. Mənim üçün artıq buralarda gəzmək, istirahət etmək zövqvericidir. Avropadan gələn turistlər də Bakının heyranedici gözəlliklərinin şahidi oldular. Oyunlar zamanı xarici turistlərin bəzilərinin birinci dəfə Bakıya gəldiyini eşitdim. Onlarda oyunların belə arenalarda keçiriləcəyinə inanmırdılar”. 

I Avropa Oyunlarından sonra Azərbaycan iqtisadiyyatının çətinliklərlə üzləşə biləcəyini vurğulan turist oyunlara və arenaların tikintisinə çox pul xərcləndiyni ehtimal edir: "Oyunlar keçirilən arenalar həqiqətəndə çox dəbdəbəlidir. Yəqin ki buna görə çox pul xərclənib. İqtisadi çətinliklər ola bilər. Amma bütün bunlara baxmayaraq, hər şeyin yaxşı olacağına ümid edirəm”.

T.Kaya bundan sonra da Azərbaycanda beynəlxalq yarışların, idman turnirlərinin keçiriləcəyindən xəbərdar olduğunu deyib: "Artıq nəinki Avropa, bütün dünya Azərbaycanı beynəlxalq yarışlar keçirilən bir ölkə kimi tanıyacaq. Dünya ölkələri Avropa Oyunlarının Bakıda bu qədər geniş şəkildə keçirilməsinə inanmırdı. Amma hər şey göz qabağındadır”.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb