“Xarici təsirin şəffaflığı haqqında” qanun ukraynalaşmasına qarşı yönəlib - Kobaxidze

20:17 | 17.04.2024
“Xarici təsirin şəffaflığı haqqında” qanun ukraynalaşmasına qarşı yönəlib - Kobaxidze

“Xarici təsirin şəffaflığı haqqında” qanun ukraynalaşmasına qarşı yönəlib - Kobaxidze

Gürcüstanın "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi respublikanın ukraynalaşmasına qarşı yönəlib.Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

"Əgər QHT-lər 2020-2022-ci illərdə fəal şəkildə etməyə çalışdıqlarına, yəni inqilab yolu ilə hakimiyyəti dəyişməyə nail olsaydılar, bu gün Gürcüstan Ukraynadan da pis vəziyyətdə olardı”, - hökumət başçısı bildirib.

Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM