Xarici turistlərin qorxulu Bakı hekayələri - FOTOLAR

14:20 | 09.01.2014
Xarici turistlərin qorxulu Bakı hekayələri - FOTOLAR

Xarici turistlərin qorxulu Bakı hekayələri - FOTOLAR

Kamal ƏliHələ sovetlər dönəmində də turistlər Bakını sevirdilər, yəqin ki, o zaman Qız qalasından və çirkli Xəzər dənizindən başqa heç nəyimiz olmayıb. Amma indi Bakıda üçəm “Flame Towers”in tikilməsindən, şəhər binalarının işıqlandırılmasından və “Xruşşovka”lara üzlük çəkilməsindən sonra paytaxt daha da gözəlləşib. Bakıya isə durmadan turistlər gəlir. Adını çəkdiyimiz qala-mehmanxanalarda boş yer tapmaq müşkül məsələdir, halbuki otağın bir sutkalıq qiyməti 300 manatdır. Bizim irad dolu baxışlarımız Bakının bəzi başdansovdu yerlərinə sataşanda, çox utanc hissi keçiririk. Çünki belə yerlər istənilən turisti şoka salmağa qadirdi. Ötən şənbə günü mən doğma şəhərimizi gəzdim və həmən başdansovdu yerlərin fotosunu çəkdim. Əlbəttə ki, belə yerlərin hamısının əksini fotokameranın yaddaşına köçürmək mümkün deyil. Ona görə ki, belələrinin sayı çoxdur, bu səbəbdən ancaq bəzilərini çəkdim. Sovet filmləri ilə böyümüş keçmiş qonşu dövlətlərdən olan hansısa turist, yaxud trustlər  çəkilişlərinin bir hissəsi Bakıda aparılmış  "Brilliant əl" filminin qəhrəmanı, dahi Nikulinin yıxıldığı yeri görmək istəyirlər. Turistlər İçəri Şəhərin tarixi-arxitektura kompleksini gəzirlər, yoldan keçənlərdən həmin yerin hara olduğunu xəbər alırlar və heç bir bələdçi-filan tapmadıqlarından mat-məttəl qalırlar. Etiraf edim ki, elə mən özüm də filmdə əks olunmuş o məşhur zirzəmiyə girişi zorla tapdım. Amma yaxşı olardı ki, bu yerdə xüsusi bir göstərici-filan qoyulardı. Hətta iki il əvvəl bu yerdə Nikulinin tunc abidəsinin qoyulması ideyası da ortaya çıxmışdı. Təəssüf ki, bu dəyərli ideya reallaşmadı. Qədmi şəhərdə yolumuza davam edirik. "İçəri Şəhər" metro stansiyası arxasında dahi şair Əliağa Vahidə unikal və gözəl tərzdə abidə qoyulub. Belə orijinal abidə dünyanın heç bir yerində yoxdur. Amma bu orijinallıq təkcə abidə ilə yekunlaşmayıb, onun mərmər lövhəsindəki mətnlə tanış olanda da təəccüblənməyə bilmirsən. Həm Azərbaycan, həm rus, həm də ingilis dilində təqdim olunan mətnə əsasən,  şair 1943-cü ildə doğulub. Amma onun ilk əsəri 1916-cı ildə dərc edilib. Yəni şairin anadan olmasından düz 27 il əvvəl!!! Paradoks? Yoxsa səhv? İzahatı əlaqədar təşkilatlardan  almaq istərdik. Qala qapılarından çıxıb, “Azneft” meydanına doğru enirik. Meydandan sağda -  fəvvarə və yunan monumental üslubunda ağ mərmər sütunlu gözəl bağça var. Məntiqli sual çıxır: yunan antik arxitekturası və şərq Bakısının tikililəri arasında nə əlaqə var? Bir-birindən bu qədər fərqli olan arxitektura üslubu  vəhdət ola bilərmi? Onların uyuşmazlığından əmin olmaq üçün, başımızı sola döndəririk (əlbəttə, bu zaman belə şeylərə öyrəşməmiş turist dəhşətə düşür, amma adətkar olan şəhər sakini necə də olsa, buna öyrəncəlidir) və  XVI əsrdən qalma tarixi divara metal pazlarla pərçimlənmiş müasir nəhəng küçə saatını görürük. Siferblatla və oxlarla iki insan hündürlüyündə.  Nə deyəsən ki, yəqin ideya müəllifləri üçün bu çox valehedicidir. Bəlkə də bizim tariximizə təmiz Azərbaycan "qayğısıdır". Mən Bakıya idxal avadanlığı gətirib, onu şəhər icra hakimiyyətinə satmaq arzusunda olan biznesmeni başa düşərəm. Amma müasir saatı müasir divarda qurmaq mümkün deyildi ki... Yəni bu tarixi abidəyə bu ideyanı gerçəkləşdirənlər arasında bir nəfərin belə yazığı niyə gəlməyib? Əgər müasir detalları Moskvanın Kreml divarına vursaydılar və ya Misir ehramlarının üzərində müasir saat quraşdırılsaydı, görən nə baş verərdi? Təsəvvürünüzə gətirirsinizmi?Fəvvarələr meydanından keçib piyada Şeyx Şamil küçəsiylə gedirik. Turistlər səkinin dağıdılmış hissəsindən tullanıb keçməli, küçənin zibilli hissəsinin yanından ötməli olacaqlar və mağazanın üstündə lövhə görən kimi təəccüblənəcəklər. Bakılılar bu dilə öyrəncəlidirlər, amma turistlər dərhal Azərbaycan-rus dilinin sintezi nümunəsini  qeyd etmək üçün fotoaparatlarını çıxaracaqlar. Bizim mağaza lövhələrimizdə belə unikal dil var. Məsələn, Ş.Şamil küçəsində mağazanın üstündə yazılmış sözü missal çəkim - "Malisok".Bu mağazanın yanında mən həmçinin əcaib vitrinin şəklini çəkdim. Heykəltəraşlıq kompozisiyası da elə əcaiblikdə geri qalmırdı. Kompozisiyada çox erotika və naturalizm var, amma şüşə arxasında dəbdə olan müəllifin abidəsi qoyulmamışdır, sadəcə plastik manekenlərin fraqmentləri toplanmışdır. Adətən, başqa ölkələrdə, əgər vitrinlər turistlərin üzünə açılmağa hazır deyilsə, ora pərdə asırlar və "vitrin müvəqqəti təmirdədir" yazırlar. Bizdə isə bütün erotik təmiri utanmadan qonaqlara nümayiş etdirirlər. Turistlərin Bakıda rastlaşacaqları dəhşətlərdən çox danışmaq olar. Ağacların budaqlarında uçuşan və ilişən plastik torbalar, Paris qiymətləriylə müqayisə edilə bilən inanılmaz bahalı qidalanma növləri, bahalı mehmanxanalarda otaqlar, nəyə görəsə, “klub” adlandırılan dəhşətli miskin barlar və yeməkxanalar. Bu turizm mövsümüni bir təhər yola verdik. İndi isə diqqətimizi dünya mətbuatında turistlərin Bakıda rastlaşdıqları qorxulu məqamlar haqqında hekayələri oxumağa yönəldək. Çox istərdik ki, gələn mövsümdə belə olmasın.  ANN.Az  

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb