2014-cü ilin yanvar ayında ölkənin tikinti kompleksində 660,9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6,3% çox vəsaitdən istifadə edilib və onun 378,5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib.DSK-nın məlumatına görə, əsas kapitala yönəldilmiş vəsaitin 444,5 milyon manatı yerli mənbələrdən daxil olub, 58,8%-i (388,6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub.Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına yanvar ayında 120,5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.Məlumatda qeyd edilib ki, 2013-cü ildə müxtəlif ölkələrdən və onların firmalarından ölkəmizə 10,5 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olub və onun 46,8%-i neft sektoruna yönəldilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !