Ukraynanın “Dnepravia” şirkəti iyun ayında bu ölkənin Xarkov şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirəcək.“APA-Economics”in məlumatına görə, bunu “Dnepravia” şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Serqey Posılayev bildirib. Qeyd edilən istiqamət üzrə aviauçuşlar həftədə bir dəfə yerinə yetiriləcək. Xatırladaq ki, Ukraynanın «UTair-Ukraine» aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları mart ayından dayandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !