Xarkovda milli bayraq abidəsi partladıldı

19:00 | 07.04.2015
Xarkovda milli bayraq abidəsi partladıldı

Xarkovda milli bayraq abidəsi partladıldı

Xarkovda milli bayraq abidəsi partladılıb.

Yerli prokurorluğun məlumatına görə, insident aprelin 7-si səhər saat 3:4 radələrində baş verib.

Nəticədə abidənin bir hissəsi dağılıb və ətrafda yerləşən Tibb Universitetinin pəncərələri sınıb.

Xəsarət alan olmayıb.

Partlayışa görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Son aylar Xarkov və Odessa şəhərində bir neçə belə partlayış törədilib.

Ukrayna hakimiyyəti bu partlayışlara görə, Moskva və rusiyapərəst separatçıları günahlandırır.

Ukraynanın ikinci böyük şəhərləri hesab olunan Odessa ilə Xarkov hökumətin nəzarətindədir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti